Məktəblilər üçün startup təlimi. Britaniya sertifikatı

London School of International Management və Linqva Dil Məktəbi Bakida ilk dəfə məktəblilər üçün “Yeni biznes quraq” (Startup yaradaq) pulsuz təlimini təklif edir. Təlim 12 yaxud 16 Oktyabrda (daha rahat vaxt seçimi imkanı) saat 15.00-da keçiriləcəkdir. Qeydiyyat üçün (012) 493-22-02.

Yerlər məhduddur. Təlim təcrübəli iş adamı tərəfindən keçiriləcəkdir. Təlimin sonunda hər iştirakçı öz biznesi-ideyası üzərində strategiyanı formalaşdıra biləcəkdir. Təlim dili – Azərbaycan dili.

Biznesi qurmaq üçün daha dərin praktik biliklər almaq istəyənlər 8 həftəlik “Entrepreneurship for Kids” təlim proqramına yazıla bilər. Təıimi uğurla bitirənlər London School of International Management tərəfindən “Award of Excellence in Entrepreneurship for Kids” sertifikatı veriləcəkdir. Metodika məktəblilərin səviyyəsinə uyğundur və ilk növbədə praktik biliklərin və vərdişlərin formalaşmasına yönəlmişdir. Təlimin sonunda hər bir məktəbli real həyatda tətbiqi mümkün olan biznes-layihə ilə öz valideynləri qarşısında təqdimat edəcəklər.  Təlim Azərbaycan və Rus dillərində (ayrı-ayrı) qruplar keçiriləcəkdir. Əlaqə üçün – 012 493-22-02.

КОММЕНТАРИИ ФЕЙСБУК

Рекомендуем почитать

КатегорияОбразование